Putin haqqında Şok iddia

Rusiya prezidenti Vladimir Putin haqqında şok iddia irəli sürülüb.

Kremlə yaxınlığı ilə bilinən bir xəbər saytı Putinin səhhətindəki problemlərə görə, tezliklə vəzifədən gedəcəyini yazıb.

Xəbər qısa zaman ərzində 50 mindən çox insan tərəfindən oxunsa da 3 saat sonra silinib.

Məlumat üçün bildirək ki, xəbərdə Moskva Dövlət Universitetinin professoru Valeri Soloveyin fikirləri yer alıb . Xarici siyasət üzrə mütəxəssis olan professor Solovey Rusiya liderinin 2017-ci ildə vəzifədən gedəcəyinə işarə edib.

Bundan başqa, xəbərdə o da iddia edilib ki, prezident postundan gedən Vladimir Putini Baş nazir Dmitri Medvedev və ya Aleksey Dyumin əvəz edəcək. Sözügedən xəbər qərb mediasında səs-küyə səbəb olsa da, Kreml bu barədə açıqlama verməkdən imtina edib./qafqazinfo.az/

MediaFax