Xorvatiya millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"a gedəcəyi iddialara münasibət bildirib.
O, açıqlamasında qısa müddətdə millimizdən ayrılmağı düşünmədiyini deyib:
"Bursaspor"la danışıqlarımız oldu. Ancaq AFFA ilə hələ 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm".
Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib:
"Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam"./qol.az/
MediaFax