Prezident qızının adından məktub yayıldı: “Daha bacarmıram”

Tvitterdə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın adından hesab açılıb.
 
Afina adlı istifadəçi artıq sözügedən hesabla iki məktub paylaşıb. O, ilk məktubunda anasına müraciət edərək "Tezliklə öləcəm...Eşit, ana...daha bacarmıram” yazıb.

Daha sonra isə "Artıq qana vərdiş etmişəm. Ov damarlarımı kəsəcək” yazıb.

Məktubunda onu qızı İmandan ayırdıqlarını və atası ilə vidalaşmağa qoymadıqlarını da bildirib./aznews.az/

MediaFax