Dağıstan liderinə Azərbaycanın “Dostluq” ordeni

Azərbaycan prezidenti İlham Əliyev Ramazan Abdulatipovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R. Abdulatipov Azərbaycanla Rusiya, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib.

MediaFax