Poroşenko dövlətə xəyanətdə günahlandırıldı

Ukrayna baş prokurorunun keçmiş müavini Renat Kuzmin özünün "Facebook” səhifəsində ölkə prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi qaldırılmasına çağırış edib.
 
Ukrayna mediasına istinadən xəbər verir ki, Kuzmin bununla bağlı Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka müraciət də ünvanlayıb.

"Ukrayna xalqının maraqları naminə xahiş edirəm ki, Pyotr Poroşenkonun törətdiyi dövlətə xəyanət faktı üzrə cinayət işini qeydiyyata alasınız”, - keçmiş prokuror müavini vurğulayıb.
 
O, Poroşenko ilə yanaşı, yaxın ətrafının və "Roshen”in top-menecerlərinin də məsuliyyətə cəlb olunmasını istəyir.

Bundan əvvəl Radikal Partiyasının lideri Oleq Lyaşko Poroşenkoya cinayət işi ilə hədə-qorxu gəlib./modern.az/

MediaFax