Polkovnikin təyinatı rəsmiləşdi - Usubov əmr imzaladı

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
 
Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.
 
DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
 
Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib./APA/

MediaFax