Tacikistanda polis əməkdaşlarına artıq çəkilərindən xilas olmaqla bağlı tapşırıq verilib.
Bu barədə daxili işlər naziri Ramazan Raximzoda açıqlama verib:
"Milisionerlər kökəlməyə başlayanda onların iş qabiliyyəti azalır. Əməkdaşlarımızın çəkisi yaş və boy uyğunluğu ilə bağlı beynəlxalq cədvəllə üst-üstə düşməlidir”.
Tapşırığa əməl edilməsinə nəzarət etmək üçün DİN-in rəhbərliyi altında xüsusi komissiya da yaradılıb./qafqazinfo.az/