Polisi maşın vurdu

Saatlıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Yanvarın 20-də axşam saatlarında Saatlı rayon polis şöbəsinin əməkdaşı, polis baş serjantı, 1970-ci il təvəllüdlü Çingiz Behbud oğlu Yaqubovu polis şöbəsinin qarşısında  "VAZ-2107”  markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Saatlı Mərkəzi  Rayon Xəstəxanasına yerləşdirlib.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax