Piyadalar üçün ciddi təhlükə - Foto

Bakıda yenə yol çöküb, piyadalar üçün ciddi təhlükə yaranıb.
 
Binəqədi rayonu, 6-cı mkr, metronun "Nəsimi” stansiyasının girişində yerləşən yol bir həftəyə yaxındır çöksə də, təmir olunmayıb.

Sakinlərin saytımıza verdiyi məlumata görə, həm də dayanacağın qarşısından keçən təhlükəli yolu nəinki təmir edən, heç təhlükə ilə bağlı hər hansı nişan qoyan da yoxdur.

"Bir neçə gün öncə yağan güclü yağışdan sonra səhər işə gedərkən buranı çökmüş gördük. Bura həm dayanacağın qarşısıdır, həm də metroya gedən yoldur, bir sözlə, ümumişlək yoldur. Hər gün yüzlərlə adam keçib-gedir, yaxınlıqda məktəblər var. Hələ qaranlığı demirik, gündüz belə yaxınlığına çatmasan, yolun çökdüyü görünmür. Uşaq, böyük, kim düşsə, şikəst olacaq”, - deyə sakinlər bildirirlər./virtualaz.org/
 


MediaFax