Pakistan qana boyandı - 21 nəfər öldü

Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.
 
"Dawn" nəşrinin verdiyi məlumata görə, partlayış nəticəsində 12 nəfər həlak olub, 30 nəfər yaralanıb.
 
Pakistan Ordusunun mətbuat xidməti isə 6 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.
 
Hadisə Paraçinar şəhərində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.
 
Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. 
 
X X X
 
Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və yaralananların sayı artıb.
 
"Associated Press"in verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 21-ə yüksəlib, 40-dək yaralı var./APA/

MediaFax