Çovdarov qurbanlarına ərizə yazdırıb, sonra da...

Ləğv edilən MTN-nin sabiq generalı Akif Çovdarov və onun çoxsaylı qanunsuzlquları ilə bağlı saytımıza maraqlı informasiya daxil olub.
 
Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarov torpaqlarını əlindən aldığı şəxslərə qarşı yol verdiyi zorakılığın mümkün fəsadlarından sığortalanmaq üçün ilginc üsuldan istifadə edirmiş. Belə ki, keçmiş MTN generalı torpağını əlindən aldığı şəxsləri öncə imtina ərizəsi yazmağa məcbur edir, yalnız bundan sonra həmin torpaq sahələrini öz yaxınlarının adına keçirirmiş.

Silah zoruna  imtina ərizəsi yazan şəxslər həmin ərizədə torpaqlarını əkib-becərmək iqtidarında olmadıqlarını qeyd edir, məhz bu səbəbdən də öz torpaqlarından imtina etdiklərini vurğulayırdı. A.Çovdarov hesab edirdi ki, sabah problem yaranacağı təqdirdə bu imtina ərizələrini ortaya qoymaqla qarşı tərəfin "könüllü şəkildə” bu torpaqlardan imtina etdiyini sübut edə biləcək və bu ərizələr ona yönəlik bütün hücumların qarşısında etibarlı qalxan rolunu oynayacaq.

Mənbənin bildirdiyinə görə, A.Çovdarovun onlarla torpaq sahibinə bu cür imtina ərizələri yazdırdığı ehtimal edilir./moderator.az/

MediaFax