Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn edildi - Yenilənib

10:43 
 
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
 
Bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.
 
F. Əlizadə bəstəkarın bu gün səhər dünyasını dəyişdiyini bildirib.
 
O. Zülfüqarovla vida mərasiminin yeri və harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
 
------------
13:22
 
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.
 
Bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilir. 
 
Bəstəkar vida mərasiminin ardından II Fəxri xiyabanda dəfn olunacaq. 
 
87 yaşlı xalq artisti bu gün səhər vəfat edib.
 
-------------
15:05 
 
Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.
 
Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.
 
Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafındakı xidmətləri haqda danışıb. Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında onun xüsusi yeri var: "Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq”.
 
Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

MediaFax