Olimpiya çempionu at kotanı ilə yer şumlayır - Video

Rusiyanın olimpiya çempionunun maraqlı görüntüləri yayılıb. 
 
Görüntülərdə sərbəst güləş üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Dağıstan əsilli Abdulraşid Sadulaev əks olunub. Onun ata qoşulmuş kotana təkan verərək sahəni şumlaması marağa səbəb olub.

Çempion bu işi görərkən atasına kömək etdiyini deyib. 

Video Olimpiya Oyunlarından bir-iki gün öncə çəkilsə də, internetdə yeni paylaşılıb. 

Qeyd edək ki, olimpiadadakı qələbəsindən əlavə Abdulraşid Sadulaev Avropa və 2 qat dünya çempionu, Avropa Oyunlarının və Avropa Kubokunun qalibidir./aznews.az/
 

MediaFax