Obamanın vida görüşündə qəribə olay - Foto

ABŞ-ın hazırki prezidenti Barak Obama yanvarın 20-də postunu Donad Trampa təhvil verməzdən öncə sonuncu dəfə ordu ilə vida görüşü keçirib.

"Milliyet”in verdiyi məlumata görə, Obamanı tədbir zamanı vitse-prezident Co Bayden, Baş Qərargah rəisi Cozef Dünford və müdafiə naziri Eşton Karter müşayiət edib.

Əsgərlərdən birinin huşunu itirərək yerə yıxılması isə mərasimə damğa vurub. Ona kimsənin kömək etməməsi, heç bir hadisə baş verməmiş kimi davranılması böyük müzakirələrə və narazılığa səbəb olub.

Əsgərin hansı səbəbdən huşunu itirməsi və daha sonra nələrin baş verdiyi haqda məlumat yoxdur./qafqazinfo.az/
 


MediaFax