Obamanın da şairliyi varmış - Şeir

ABŞ prezidenti Barak Obama şeir yazıb.
 
Şeiri dilimizə Könül Arif (Həsənqulu) çevirib.
 
Obamanın yazdığı şeiri təqdim edirik:
 
Suyun altında kaha və böyük mağara
Doludur 
Əncir yeyən meymunlarla.
Tapdalandıqca
Meymunların yediyi o əncirlər
Xırçıldayır hamısı ayaq altında.
Meymunlar zarıyır, 
Ağardır köpək dişlərini ayaqlara, 
Sonra oynayır,
Atılıb-düşür axan suda,
Süst, nəm gönləri
Bərq vurur mavi çalarda./sim-sim.az/

MediaFax