Obama yeni evə köçür

Ağ Evdə keçirdiyi 8 ildən sonra Barak Obama ailəsi ilə yeni evinə köçəcək.
 
Köçmə mərasiminə hazırlıq tam sürətlə davam edir. Obama ailəsi Vaşinqtonun Kalorama rayonunda 9 yataq otaqlı 8,2 min fut sahəyə malik evə köçəcək. Evin bazar qiymətinin 4,3 milyon dollar olduğu bildirilir.
 
Məlumata görə, onların qonşuları arasında İvanka Tramp və Amazon şirkətinin sahibi Cef Bezos olacaq./modern.az/
 
MediaFax