Obama cəhənnəm olsun - Qalmaqallı prezident

Dünya liderlərinin ünvanına səsləndirdiyi qalmaqallı ifadələrlə yadda qalan Filippin prezidenti bu dəfə Obamanı "cəhənnəmə göndərib”.
 
Rodriqo Duterte Filippindəki narkoticarətlə mübarizədə radikal metodlardan istifadə edilməsini tənqid edən Obamaya "cəhənnəm olsun” deyə reaksiya verib.

Xatırladaq ki, Duterte eyni ittihamları səsləndirən Aİ-nin də ünvanına eyni sözləri işlətmiş və canlı yayımda "orta barmaq” işarəsi göstərməkdən çəkinməmişdi.

Eyni zamanda, ölkəsində insan haqlarının pozulduğunu deyən BMT baş katibi Pan Gi Muna "axmaq” deyə səslənmişdi./qafqazinfo.az/

MediaFax