Sadıqovun əsgərlərə villa tikdirən köməkçisinə Yeni vəzifə

Müdafiə Nazirliyinin Silahlanma idarəsinə yeni rəis təyin olunub 

Bir müddət əvvəl rütbəsi aşağı salınaraq vəzifəsindən azad edilmiş Yaqub Əhədovun yerinə Silahlı Qüvvələrin Baş Qərargahının Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidov gətirilib.

Ölkə.Az-ın məlumatına görə, E.Məcidov Koordinasiya idarəsinin rəisi vəzifəsində çalışmazdan əvvəl Baş Qərargah rəisi Nəcməddin Sadıqovun köməkçisi olub

Xatırladaq ki, Məcidovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. Belə ki, mətbuat ötən il Məcidovun zabit və əsgərləri öz villasında tikinti işlərində çalışdırdığını yazmışdı./politika.az/
 
MediaFax