Novruz çərşənbələrinin vaxtı açıqlanıb

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrin vaxtı açıqlanıb.
 
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2017-ci ildə ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.
 
Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.
 
X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq./APA/

MediaFax