Nobel mükafatçısını tapa bilmirlər

İsveç Nobel Akademiyası 75 yaşlı ABŞ musiqiçisi Bob Dilanla hələ də əlaqə saxlaya bilməyib.

Akademiyadan ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan edildiyi ötən həftədən bu günə kimi müğənni ilə əlaqə saxlaya bilmədiklərini və onu axtarmaqdan vaz keçdiklərini bildiriblər.

Ədəbiyyat üzrə Nobel Komitəsinin nümayəndəsi Sara Danius da bununla bağlı açıqlama verərək "Biz indi demək olar ki, heç nə etmirik. Mən zəng etdim və onun yaxın nümayəndəsinə elektron məktub yolladım” sözlərini işlədib.

Rəsmi cavab alınmadığı üçün Dilanın dekabrın 10-da keçiriləcək mükafatların təqdim edilməsi mərasiminə qatılıb-qatılmayacağı bilinmir./qafqazinfo.az/

MediaFax