“Niva”ya elə qiymət qoydu ki... - Foto

Rusiyada 85 min dollara "Niva” satılır.
 
Sahibi 1980-ci illərin əvvəllərində istehsal edilən bu avtomobilə qoyulan fantastik qiyməti onun kiçik yürüşü (201 km) və indiyə qədər qalan zavod plombu ilə əlaqələndirir.

Tolyattidən olan satıcı həmçinin bildirir ki, bu avtomobil "AvtoVAZ”-ın yeni prezidenti Nikolya Mora şəxsən təqdim olunub və o, avtomobili tərifləyib.
 
 

Amma ən diqqətçəkən məqam onunla bağlıdır ki, bu VAZ-2121 "Niva” 2015-ci ildə 1 milyon rubla satılıb. 2016-cı ildə – 3,2 milyon rubl dəyəri olub. İndi isə avtomobilin sahibi onu 5 milyon rubla satışa çıxarıb.

Maraqlıdır, əgər avtomobili alan olmasa, növbəti ildə onun dəyəri nə qədər olacaq?/virtualaz.org/

MediaFax