Nişan yoxdur, amma cərimə yazılır - Video

Dönməni qadağan edən hər hansısa nişan yoxdur. Amma bu yolda dönən sürücülər cərimələnir.

Paytaxtın Qaradağ rayonunda Lökbatan qəsəbəsi 28 may küçəsində son bir aydır ki, 20-dən çox sürücü eyni qayda pozuntusuna görə cərimələnib. Ərazidə heç bir nişan olmadığından sürücülər cərimələrin niyə yazıldığına çaşbaş qalıblar.

Heç bir nişanın olmamasına baxmayaraq bu yoldan dönənlər cərimələnir. Söhbət paytaxtın Qaradağ rayonu Lökbətan qəsbəsi 28 may küçəsindən gedir.

Sürücülərin sözlərinə görə həmin ərazidə heç bir xəbərdarlıq nişanı və qoşa xətt yoxdur. Bu səbəbdən də sakinlər onlara gələn cəriməni əsassız hesab edirlər.

İllərdir ki, bu yolda heç bir nişan olmadığından yolda gözləməklə sağa və sola dönən sürücülər buna görə heç vaxt yol polisi əməkdaşları tərəfindən cərimələnmədiklərini deyirlər. Onlar hətta yol polisinin gözü önündə də bunu etdiklərini deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət yol polis idarəsindən bildirdilər ki, sözügedən ünvana baxış keçiriləcək. İdarədən onu da bildirdilər ki, çox güman ki, həmin ərazidə qoşa xətt silinib. Bununla bağlı "Azəravtoyol"a müraciət ediləcək ki, xətlər yenidən çəkilsin./xəzərxəbər.az/
 

MediaFax