“Neftçi”dən qovulan futbolçu özünə klub axtarır

Mövsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov karyerasını Rumıniyada davam etdirə bilər. 

Rumıniya mətbuatı xəbər verir ki, hazırda azad agent statusu daşıyan futbolçu "Dinamo"ya təklif edilib. Makedoniya millisinin üzvünün Buxarest klubuna keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Şikov "Neftçi"də ən çox qazanan legionerlərdən biri idi./qafqazinfo.az/

MediaFax