“Neftçi” ciddi itkilərlə üzləşib

Topaz Premyer Liqanın 17-ci turunda "İnter”lə qarşılaşacaq "Neftçi” oyuna ciddi itkilərlə çıxacaq.

Komandanın kapitanı Ruslan Abışov cəzalı durumda olduğundan bu vacib qarşılaşmanı buraxacaq. Millimizin üzvü "Qəbələ” ilə görüşdə cəzalanaraq sarı vərəqə limitini doldurub.

Bundan başqa, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Cavid İmamverdiyev də "İnter”lə qarşılaşmanı buraxacaq. Hər iki oyunçu zədəlidir.

Qeyd edək ki, "İnter” – "Neftçi” oyunu fevralın 9-da keçiriləcək./qol.az/

MediaFax