Neft sürətlə bahalaşır

Neftin qiyməti sürətlə bahalaşmağa başlayıb.
 
"APA-Economics" xəbər verir ki, hazırda Brent markalı neftin 1 barrelinin qiyməti 4,76% artaraq 49,06 dollara, WTI neftinin bir barrelinin qiyməti isə 4,07% artaraq 46,25 dollara yüksəlib.

Neftin bahalaşmasına səbəb Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanatın imzalanmasıdır.

MediaFax