Neft platforması yanır - ABŞ-da

ABŞ-ın Luizana ştatı sahillərində Meksika Körfəzində yerləşən neft platformasında yanğın başlayıb.

Bu barədə AzNews.az "ABC” telekanalı məlumat verir.

Telekanalın məlumatına görə, hadisə yerli vaxtla 02:30-da Grand Ayl adasından 128 kilometr məsafədə yerləşən neft platformasında baş verib. Sahil Mühafizə Xidməti hal-hazırda yanğını söndürməyə çalışır.

Yanğın zamanı platformada olan dörd nəfər təxliyə olunub. Yanğının söndürülməsinə 4 gəmi cəlb olunub. 

Hadisənin baş vermə səbəbləri araşdırılır./aznews.az/

MediaFax