Neçə nəfər evdə təhsil alır? - Statistika

Bu gün Azərbaycanda təhsilə cəlb edilən şagirdlərin arasında sağlamlıq imkanları məhdud, fiziki və əqli qüsurlu olanları da var.
 
Bu tip şagirdlər normal məktəblilərlə bir yerdə təhsil almırlar.

Təhsil Nazirliyindən saytımızın sorğusuna cavab olaraq sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı statistika açıqlanıb.

"2015-2016-cı dərs ilində respublika üzrə sağlamlıq imkanları məhdud olan 9144 nəfər şagird evdə təhsilə cəlb edilib”.

Nazirlikdən sağlamlıq imkanları məhdud olan və evdə təhsil alan şagirdlərin neçəsinin fiziki qüsurlu olduğu da bildirib:

"Sağlamlıq imkanları məhdud olduğuna görə evdə təhsilə cəlb edilmiş şagirdlərdən 5423 nəfəri fiziki qüsurludur”./modern.az/
 
MediaFax