Nazirlik həmin müəllimi mükafatlandırdı - Foto

Sosial şəbəkələrdə və mediada məşhurlaşan Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmova noutbuk hədiyyə edilib.
 
Yardımlı rayon Mərkəzi kitabxanasının əməkdaşı Sakit Ziyadovun saytımıza verdiyi məlumata görə, noutbuk Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən Aztelekom MMC tərəfindən verilib. Bundan əlavə, N. Məhərrəmova modem də hədiyyə edilib.

Hədiyyəni təqdim edən Aztelekom MMC-nin nümayəndəsi Elcin Cabbarov bildirib ki, bir illik internet paketi də Nəcəf müəllimə verilən hədiyyələr sırasındadır./bakipost.az/