Yavər Camalov təcili Şirvana yollandı

Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov verdiyi açıqlamasında iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda partlayış baş verdiyini təsdiqləmişdi.

Verdiyi növbəti açıqlamasında nazirlik rəsmisi bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır. Nazirliyin rəhbərliyi, o cümlədən nazir Yavər Camalov özü hadisə yerinə yollanıb. Yanğın söndürüləndən sonra ərazidə daha geniş araşdırma aparılacaq və partlayışın dəqiq səbəbi aydınlaşdırılacaq", - deyə Bəxtiyar Əsədov verdiyi açıqlamasında bildirib./ölkə.az/

MediaFax