NATO-nun hərbi bazasında partlayış: ölənlər var

NATO-nun Əfqanıstandakı Baqram hərbi bazasında partlayış baş verib. 

Reuters xəbər verir ki, yerli vaxtla səhər saatlarında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baqram əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisənin baş vermə səbəbləri məlum deyil. 

İki gün əvvəl Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən səfirliyinə terror hücumu nəticəsində 6 nəfər dünyasını dəyişib, 120 nəfər yaralnıb. Terror hadisəsinə görə məsuliyyəti Taliban terror təşkilatı öz üzərinə götürüb./aznews.az/

MediaFax