Azərbaycandan turistləri qaçırdan şok mənzərə... - Fotolar

Builki yay mövsümündə dincəlmək üçün Nabrana gedən turistlər çimərliklərdə gördüklərindən əsl şok yaşayıblar.
 
Hətta bahalı otel və istirahət mərkəzlərinə yaxın çimərlik əraziləri belə zibil tullantıları ilə əhatələnib. Çimərliklərin natəmiz olması əcnəbi turistlərin də narazılığına səbəb olub.

"İstirahətə gələnlər yediklərini çimərlik ərazisinə atırlar. Qarpız, xiyar-pomidor qalıqları, qarğıdalı, bir sözlə, tullantılar sahilboyu yayılıb”, - deyə Nabranda istirahət edən Nailə Əliyeva deyib.

Onun sözlərinə görə, çimərlik ərazisinə zibil atmaq üçün qutular qoysaydılar, zibil ora atılardı. "Otel sahibləri deyirlər ki, Nabran ərazisində daimi zibil poliqonu yoxdur. Buna görə də, tullantılar vaxtında daşınmır. Halbuki heç olmasa əcnəbi turistləri nəzərə alıb sahil əraziləri təmiz saxlamaq lazım idi”.

Nabran çimərliklərinin daha bir problemi heyvanların çimərlik ərazisinə buraxılmasıdır. Nəzarətsiz qalan mal-qara çimərlik ərazisini batırır, üstəlik zibilin yayılmasına səbəb olur./virtualaz.org/
 











MediaFax