Müdafiə nazirinə atəş açdılar

Türkiyənin Koceli vilayətində ölkənin müdafiə naziri Fikri İşıkın kortejinə hücum olub.

Türkiyə mətbuatı xəbər verir ki, İşık vilayətin Dilivase rayonunda görüşlər keçirib, daha sonra onun korteji Derincə istiqamətində hərəkət edib. Məhz bu vaxt naməlum avtomobildən kortejə atəş açılıb.

Polislər həmin avtomobili saxlaya biliblər. Avtomobildə olan şəxslər tutularaq polisə bölməsinə aparılıblar./azvision.az/

MediaFax