MTN polkovniki azadlığa buraxılacaqmı? - 1 günlük

Hazırda həbsdə olan MTN polkovniki Səlim Məmmədovun anası vəfat edib.

Əldə etdiyimiz məlumata görə, S.Məmmədovun anası Məryəm Məmmədova dünən axşam saatlarında dünyasını dəyişib.

S.Məmmədovun vəkili Cavid Rzazadə saytımıza bildirib ki, müdafiə etdiyi şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinə və Bakı Hərbi Məhkəməsinin sədrinə rəsmi məktubla müraciət edib. S.Məmmədov tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlük iştirak etməsinə icazə verilməsini istəyib.

Vəkil qeyd edib ki, bu gün qeyri-iş günü olduğundan şifahi qaydada prokurorluğa və məhkəmə sədri Həbib Həsənova bununla bağlı müraciət edib. Məsələ ilə bağlı gün ərzində qərar veriləcəyi bildirilib./qafqazinfo.az/

MediaFax