Moskvada 17 qırğız diri-diri yandı - Yenilənib - Video

12:05 
 
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda yanğın baş verib.
 
TASS-ın verdiyi xəbərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
 
Ölənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduqları bildirilir.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə idarəsi faktı təsdiqləyib. Yanğın baş verən anbarın "Peçatnıy ekspress" mətbəəsinə məxsus olduğu açıqlanıb.
 
Yanğın söndürülüb./APA/
 
-----------
14:37
 
Moskvada anbarda ölənlərin sayı 17 nəfərə çatıb. 

Bu barədə Moskva meri Sergey Sobyanin tvitter hesabında məlumat verib. Onun sözlərinə görə, yanğında xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
 
Evakuasiya olunanlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 

Anbardakı yanğın faktıyla əlaqədar İstintaq Komitəsi tərəfindən cinayət işi başladılıb. 

X X X

Anbardakı yanğın zamanı ölənlərin hamısı Qırğızıstan vətəndaşıdır. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş Departamentinin rəisi İlya Denisov məlumat verib. 

Artıq yanğının baş vermə səbəbləri də məlum olub. Məlumata görə, yanğın elektrik lampasındakı nasazlıqla bağlıdır. Lampanın olduğu anbarda isə çox sayda tezalovlanan maye və çap məhsulları olub./aznews.az/

---------- 
12:05 


MediaFax