Moskva aeroportunda erməni təxribatı - Foto

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında "Karabahk” adı altında araq məhsulları satılır.
 
Şəkildən məlum olur ki, bu araq məhsulları Ermənistan istehsalıdır.

"Qarabağ” adlı araqlar rusiyalı alıcılara brend marka kimi təqdim olunur.

Məsələyə münasibət bildirən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nazirliyin əlaqədar qurumlarla birlikdə məsələni araşdırdığını bəyan edib.

"Lazımı tədbirlər görüləcək. Bizim qanunvericilik aktımız var. Azərbaycanın coğrafi adlarının digər ölkələr tərəfindən brendləşdirilməsi qanun pozuntusudur. İndi bu məsələnin digər tərəflərini də biz araşdırırıq. Şübhəsiz ki, bu halların aradan qaldırılması üçün tədirlər görüləcək.”/aznews.az/
 


MediaFax