Milyonuncu sərnişinə hədiyyə verildi

Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.

Bu, Bakı Dövlət Universitetinin "Kitabxanaçılıq-informasiya” fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.

Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci ilin sentyabrın 12-də istifadəyə verilib./trend.az/

MediaFax