Milyarderi şantaj edən bacılar tutuldu

Kanada sakini olan Ciotti və Kiran Mataru bacıları Nigeriyada bu ölkədən olan milyarder Femi Otedolanı internetdə şantaj etdikləri üçün həbs olunub.
 
Qızlar İnstagram-da açdıqları hesab üzərindən qaradərili  milyarderin gününü qara ediblər, ona bildiriblər ki, barəsində kompromata malikdirlər və əgər sanballı məbləğ ödəməsə arvadına necə xəyanət etdiyi barədə görüntüləri saytlarda yayacaqlar.

"The Star” yazır ki, kanadalı bacıların həbsi özəl deketivlərin apardığı təhqiqat nəticəsində baş tutub. Bildirilir ki, qızlar İnstagram və Tvitter-də eyni vaxtda bir neçə akkaunt üzərindən yazışıblar, habelə bir neçə "zibil” saylar yaradaraq 274 nəfəri tora sala biliblər. Bacıların əsasən Afrika ölkələrindən olanları şantaj etdiyi bildirilir. Matarunun İnstagram hesabının 50 mindən çox izləyicisi var. Onların toruna düşən milyarder Otedola energetika sahəsində bizneslə məşğuldur, 1.8 milyard dollarlıq sərvətə malikdir./virtualaz.org/

MediaFax