Microsoft ciddi ziyanda: illik gəlir 8,8 faiz azalıb

Microsoftun illik gəlirləri aşağı düşüb.  

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, gəlirlərin aşağı düşməsi aprel-iyun ayları arası dövrdə baş verib. 

Toplam gəlir əvvəlki ilə görə 8,8 faiz azalaraq, 85,3 milyard dollara enib. 2015-ci ildə bu rəqəmi 93,6 milyard dollar civarında olduğu açıqlanmışdı. 

Beləliklə, ilk dəfə olaraq 2009-cu ildən bəri şirkətin gəlirlərinin aşağı düşməsi qeydə alınıb.

Şirkətin xalis gəliri də 7,7 faiz azalaraq 16,8 milyard dollar geriləyib.  

Qeyd edək ki, şirkətin keçən ilki xalis gəliri 18,2 milyard dollar təşkil edib.
 
MediaFax