Messi evlənməyə hazırlaşır

"Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi gələn il ailə həyatı quracaq.
 
"Marca” qəzetinin verdiyi xəbərə görə, 29 yaşlı futbolçu Antonella Rokutso ilə nikah bağlamaq niyyətindədir.
 
Məlumata görə, toy mərasimi qış və yaxud yay aylarına təsadüf edəcək.
 
Qeyd edək ki, Lionel Messi və Antonella Rokutso yeniyetmə olarkən Argentinada tanış olublar. Cütlüyün iki oğlu var. Tyaqo 2012-ci, Matteo isə 2015-ci ildə dünyaya gəlib./APA/

MediaFax