Məşhurluğu onu həbsdən qurtarmadı

Hələ 12 yaşında olarkən fotosu National Geographic jurnalının üz qabığında çıxan məşhur "Əfqan qızı” Şərbət Gula həbs olunub.

Qadın saxta pasportdan istifadə etdiyi üçün Pakistanda saxlanılıb.

Pakistan Federal Araşdırma mərkəzi Gulaya saxta pasport verən 3 pakistanlının isə axtarışda olduğunu açıqlayıb.

Hazırda 44 yaşı olan qadının ortaya çıxan fırıldaqçılıq faktına görə 2 ildir ki axtarışda olduğu bildirilir. Cinayəti sübuta yetirilərsə onu 7 ildən 14 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, jurnalın üz qabığına ilk dəfə çəkiləndə Gulanın 12 yaşı olub./qafqazinfo.az/

MediaFax