Məşhur model bomja 1 milyon göndərdi

"Victoria’s Secret” kimi brendlərlə işləyən məşhur model Kseniya Deli Rusiyadan olan bomj üçün təşkil edilən aksiyaya 1 milyon rubl (təxminən 17 min dollar) yardım göndərib.
 
"Mişa dayı üçün ev” adlandırılan və sosial şəbəkələrdə başladılan kampaniyanın fəalları bu yardımdan sonra ev üçün lazım olan vəsaitin toplandığını elan ediblər.

Təşkilatçıların sözlərinə görə, 68 yaşlı Mixail Qariyan 1989-cu ildə Bakıdan Kubana köçüb. Çoxları onu şəhərdə "Mişa dayı” olaraq tanıyır. Evi olmayan Qariyan müntəzəm olaraq basketbol, futbol və voleybol maçlarını izləməyə gedir.

Qeyd edək ki, model 62 yaşlı misirli milyarderlə evlidir./qafqazinfo.az/

MediaFax