Məşhur aktyor bir daha filmlərə çəkilməyəcək

Əfsanəvi aktyorun yaxın dostu Piter Fonda Cek Nikolsonun daha heç bir filmdə rol almayacağını bəyan edib.
 
Dünya kino aləmində "Parıltı”, "Ququ quşu yuvasının üzərindən uçarkən”, "Dönüklər” filmləri ilə əfsanəyə çevrilən Cek Nikolson sonuncu dəfə mavi ekranlarda 2010-cu ildə görünüb. Aktyorun dostu Piter Fonda Nikolsonun daha heç bir filmdə çəkliməyəcəyini açıqlayıb.

Cek Nikolson özü bu xəbəri şərh etmir, ictimaiyyət arasında peyda olmur. Cek Nikolson həyatı boyu 70 filmdə çəkilib, "Oskar” mükafatına 12 dəfə namizəd olub, 3 dəfə bu mükafatı qazanıb./aznews.az/

MediaFax