Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürüb

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb.

Artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.

Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

AMB gələn həftənin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank banklardan manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da istəyib./fins.az/

MediaFax