Mer xanım Obamaya görə işdən qovuldu

ABŞ-ın Qərbi Virciniya ştatında şəhər meri birinci xanım Mişel Obama ilə bağlı feysbukda yazdığı irqçi şərhə görə işdən qovulub.

Şəhər şurası artıq yeni merin axtarışlarına başlayıb.

Merin işdən qovulmasına səbəb yerli qeyri-kommersiya şirkətlərindən birinin direktorunun statusuna yazdığı şərh olub.

Qeyd edək ki, direktor Pamela Teylor statusunda xanım Obamanı hündürdaban geyinmiş meymun adlandırmışdı.

Mer isə şərhində "Sən məni sevindirdin, Pem” yazaraq şirkət direktorunu dəstəkləmişdi.

Mer Uelinqin səlahiyyət müddətinin bitməsinə hələ 3 il vardı./qafqazinfo.az/

MediaFax