Məmmədyarov Tiflisdə baş nazirlə görüşdü - Yenilənib

11:41

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, Parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulur.
 
Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.
 
=====
12:38
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri başlayıb.
 
Məlumata görə, E. Məmmədyarov əvvəlcə gürcüstanlı həmkarı Mixeil Canelidze ile görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
 
Onun parlamentin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə də görüşü nəzərdə tutulur.
 
Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.
 
======
18:53 
 
Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olunub, bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq xüsusi vurğulanıb.
 
G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.
 
Nazir Elmar Məmmədyarov Azərbaycanla Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd ediv.
 
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə edilib.
 
Birgə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin qoyulmasının vacibliyi qeyd olunan görüşdə, SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti və gördüyü işlər təqdir edilib./APA/

MediaFax