Məmmədyarov Parisə getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya işgüzar səfərə yola düşüb.  
 
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

MediaFax