Mehman Hüseynov xəstəxanada çəkiliş apararkən saxlanıldı

Jurnalist, blogger Mehman Hüseynov polis tərəfindən saxlanılıb.
 
Bu haqda sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Mehman Hüseynov Sabunçu xəstəxanasında video çəkərkən mühafizəçilər tərəfindən fotoaparatı əlindən alınıb və xəstəxanaya polis çağırılıb.

Jurnalist xəstəxanada baş verən neqativ hadisəni, həkim biganəliyini çəkirmiş. Ona görə mühafizəçilər tərəfindən saxlanılıb. Hazırda Mehman Hüseynov 12-ci polis bölməsindədir./azxeber.com/

MediaFax