Məhkəmə Qorbaçovu dindirmək istəyir

Vilnüs dairə məhkəməsi 1991-ci il yanvarın 13-də bu şəhərdə baş verən faciəli hadisələrə görə keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu dindirmək qərarına gəlib. 
 
Prokurorlar hələ 1992-ci ildə həmin hadisələrlə bağlı Qorbaçovdan izahat almağa cəhd göstərsələr də, ancaq nəticəsi olmadığını qeyd ediblər.

Prokuror Dalya Skorupskayte deyib ki, Mixail Qorbaçov Litva Baş Prokurorluğu ilə ünsiyyətdə olmaqdan imtina edir. 
 
Onun sözlərinə görə, ona xüsusi şahid statusu vermək imkanı yoxdur və başqa vasitə də yoxdur ki, əcnəbi dövlətin vətəndaşı ifadə vermək üçün Litvaya gəlsin./modern.az/ 
 
MediaFax