Maşınını bank aldı - Krediti də qalıb

Bərdə sakini Zamin Dadaşov bir neçə il əvvəl avtomobil krediti götürüb.
 
Ödəniş edə bilmədiyinə görə borc girova, yəni maşına yönəldilib.

Həmin şəxs maşını banka təhvil verib. Bir müddət sonra isə bankdan zəng olunub ki, kreditin ödənişini davam etdirməlidir. İndi həmin şəxsin nə avtomobili qaytarılır, nə də borcu silinir.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, borc girova yönəldilibsə avtomobil hərraca çıxarılmalıdır. Ancaq Zamin Dadaşova maşının satılması ilə bağlı heç bir məlumat verilməyib.

Avtomobil hərracda aşağı qiymətə satılırsa, dəyəri kredit məbləğindən azdırsa, borclu qalan məbləğin ödənişini davam etdirməlidir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:/xezerxeber.com/
 

MediaFax