Maliyyə Nazirliyində ciddi yoxlamalara başlanılıb

Bir neçə gündür Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.

Bu barədə azpolitika.info hökumətdəki mənbələrinə istinadən məlumat yayıb. Məlumatda yoxlamanın "növbədənkənar və təcili” olduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, son günlər maliyyə naziri Samir Şərifovun yaxın ətrafında baş verənlər fonunda bu yoxlama təsadüf kimi qəbul oluna bilməz. Söhbət Azərbaycan Beynəlxalq Bankı və "Azər-Türk Bank” rəhbərliyindəki gözlənilməz, hətta sensasiyalı dəyişikliklərdən gedir.

Virtualaz.org xatırladır ki, həmin bankların keçmiş rəhbərləri xarici valyuta alverində və "qara bazar"ın yaradılmasında şübhəli bilinirlər.

MediaFax